Klassik psixoloji mafiya oyunları, kəskin məntiqi analiz və gərgin masa arxası mübarizə. Şəhər yuxuya gedəndə maskalar düşür — sən həqiqəti tapa biləcəksən?
(Qeyd: Reytinq cədvəlində iştirak etmək üçün üç müstəqil komandanın (Şəhərlilər, Qara komanda və Neytral) hər birindən iki nümayəndə (ümumilikdə 6 nəfər) seçilir)
| № | İştirakçının adı | Oyunda iştirak (+2) | Komanda qələbəsi (+3) | Sona qədər sağqalma (+5) | Qayda pozuntusu (−1) | Həftəlik cəmi bal |
|---|
(Qeyd: Nuar Star klubun ən ali mafiya oyun tituludur. Hər ayın sonu GrandMaster rütbəsində olan 1-ci səviyyəli oyunçuya verilir)
| № | Rütbə | İştirakçı |
|---|
Müşahidə et, detalları birləşdir və düzgün rolu tap. Sənin məntiqin neçə xal qazanacaq?
Sınaq 5 sualdan ibarətdir. Hər düzgün cavab 1 xal qazandırır. Suallar hər dəfə qarışdırılır və nəticən sonda göstərilir.
Çətin və təkrarlanmayan suallar bitmir. 3 can var, hər səhv bir can aparır.
Sınaq tamamlandı
Oyundan əvvəl fikrini itilə. Rolunu seçib taleyini öyrən, şübhəliləri analiz et, son saniyə səsini ver və ya rollu blitslə instinktini yoxla.
Masadakı üç qapalı kartdan birini seç. Kart açıldıqda bu gecəki rolun və sənə özəl Mafiya Falı görünəcək.
Don və Advokat da daxil olmaqla bütün qara, şəhər və neytral rollar: məqsəd, gecə hərəkəti və ən çox edilən səhv.
Oyunçu sayını seçin — sistem Kürdəmir klub reqlamentinə uyğun ideal rol bölgüsünü və komanda balansını avtomatik hesablasın.
Oyun iki fazadan ibarətdir: Gecə şəhər yatır, xüsusi rollar işləyir; Gündüz isə hər kəs oyanır, müzakirə edir və səsvermə ilə şübhəlini oyundan çıxarır.
Gündüz müzakirəsində hər oyunçuya növbə ilə tam 60 saniyə söz verilir. Başqasının sözünü kəsmək qadağandır — dinləmək analiz etmək qədər vacibdir.
Müzakirə zamanı namizədliyi irəli sürülənlər səsə qoyulur. İki oyunçu bərabər səs toplasa, onlara əlavə 30 saniyə müdafiə sözü verilir.
Nuar Mafia Club Kürdəmir masasında yalnız məntiq, jestlər və arqumentlər keçərlidir. Oyundankənar and içmək qayda pozuntusudur.
Masa arxasında nizam-intizamı və gecə hərəkətlərinin dəqiqliyini aparıcı idarə edir. Gecə maska altından baxmaq qəti qadağandır.